İranın 14-cü hökuməti də, əvvəlki hökumətlər kimi, İsrailə qarşı mübarizədə Fələstin xalqının müqavimət və mübarizəsini dəstəkləməyə davam edəcək.

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.

O deyib ki, hökumətə rəhbərlik etməyə başladığı andan etibarən başda Fələstin xalqı olmaqla, dünyadakı bütün məzlumlara qeyd-şərtsiz şəkildə dəstək verdiyini və hər bir sahədə onların hüquqlarını müdafiə etməyə hazır olduğunu elan edib.

“Hər zaman, hansı vəzifədə olmağımızdan və mövcud şəraitlərdən asılı olmayaraq, ədalət axtarışında olmağı və haqqları tapdalananlar və məzlumları dəstəkləməyi özümüzə vəzifə bilməliyik. Şübhəsiz ki, mədəni-ziyalı və vicdanları oyaq insanların ədalət və haqq axtarışı (sorağında olmağı) parlaq gələcəyin və ədalətli və rifah içərisindəki həyatın qurulması və gerçəkləşdirilməsi üçün yolgöstərən ulduz ola bilər”, – deyə o qeyd edib.

Əvvəlki məqaləMədəniyyətsiz sürücülər CƏRİMƏLƏNDİ – SƏBƏB
Növbəti məqalədə8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq – DİQQƏT!