İki müsəlman ölkəsi – Mərkəzi Asiyanın iki ölkəsi birlikdə kosmosa süni peyklər göndərmək istəyir.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şirzad Şirmatov və Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev arasında Astanada görüş də keçirilib.

Nazirlər bir sıra məsələləri, o cümlədən də rəqəmsal sahədəki əməkdaşlığın perspektivlərini və s. müzakirə ediblər.

Həmçinin iki ölkə arasında rəqəmsal innovasiyaların sürətləndirilməsi məqsədilə birgə regional əməkdaşlıq planlarının hazırlanması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Biz bir qrup süni peykin göndərilməsi imkanını gözdən keçiririk. Bu, ölkələrimizin kosmik texnologiyaların inkişafı sahəsində irəli atdığı ciddi addım olacaq“, – deyə Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyindən bildirilib.

Əvvəlki məqaləVergi ödəyicisinin borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiqlənib
Növbəti məqalədəHəftəsonu qatarla Ağstafaya gedənlərin NƏZƏRİNƏ!