300 nəfər iştirakçının qoşulduğu və üç kateqoriya üzrə təşkil olunan yarış qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, 21 iştirakçı finala yüksəlib.
Final mərhələsində müsabiqənin üç nominasiyası üzrə 9 nəfər birinci yerə layiq görülüb.
Filippin milli Quran hifzi müsabiqəsi bu ölkənin Dini İşlər Şurası tərəfindən Səudiyyə Ərəbistanının Dini İşlər, Dəvət və İrşad Nazirliyi ilə birgə təşkil olunub.
Mükafat mərasimində Filippin Dini İşlər Şurasının direktoru, Filippin Quran Hafizləri Dərnəyinin prezidenti və müsəlman icmasının tanınmış şəxsləri iştirak ediblər.
Mərasimin sonunda qaliblərə mükafatlar, münsiflər heyətinin üzvlərinə isə xatirə lövhəsi təqdim olunub.