İsraildə 700 min insanın iştirakı ilə genişmiqyaslı etiraz aksiyaları keçirilib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Qəzza zolağında atəşkəs, HƏMAS-ın saxladığı girovların geri qaytarılması ilə bağlı razılığın əldə edilməsini tələb edirlər.

Qeyd edilir ki, İsrail baş naziri Binyamin Netanyahu sözügedən kütləvi etirazlara görə narahatdır.

Həmçinin bunun fonunda bu gündən İsraildə həmkarlar ittifaqının təşəbbüsü ilə etiraz məqsədilə tətillər başlayıb. Aksiyalar çərçivəsində ən böyük hava limanı Ben-Qurion da fəaliyyətini dayandırıb.