[Farid Zahir/AFP]

Az.shafaqna.com “TOLO News”-ə istinadən xəbər verir ki, Əfqanıstanda bir qrup silahlı şəxs Fəryab əyalətindəki məsciddəki insanlara atəş açıb.

İnsident ötən gün axşam saatlarında Məymənə şəhərindəki məsciddə axşam namazı vaxtı baş verib.

Nəticədə azı 3 nəfər həyatını itirib, daha 3 nəfər isə yaralanıb.

Hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.