Qəzzada əhalinin təxminən 90 faizi yaşayış yerini məcburi tərk edib

Az.shafaqna.com-un Türkiyə mətbuatına istinadən veridyi xəbərə görə, 2023-cü ilin oktyabr ayından Qəzzada əhalinin təxminən 90 faizi didərgin düşüb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları üzrə Ali Komissarlığı (OHCHR) “X” sosial media platformasında İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada baş verənlərlə bağlı paylaşım edib: “İsrail Qəzza zolağının cənubundakı Xan Yunisin bəzi bölgələrində yaşayan fələstinlilərdən avqustun 1-dən bəri 13-cü dəfə qondarma “humanitar zonalar”a getmələrini istəyib.

2023-cü ilin oktyabr ayından Qəzza əhalisinin təxminən 90 faizi didərgin düşüb. İndi onlar Qəzza zolağının yalnız 1/10 hissəsinə sıxışdırılıblar.

Qəzzada heç bir yer təhlükəsiz deyil”.

 

Bu məqaləni paylaş