Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatında bu gün ilk mükafatçılar bəlli olub.

Məlumata əsasən, yunan-Roma güləşçilərinin medal mübarizəsində Azərbaycan millisinin 3 idmançısı qüvvəsini sınayıb.

Hər 3 yığma üzvü bürünc medal uğrunda gücünü yoxlayıb.

U-17 dünya çempionatı
Yunan-Roma güləşi

4️8️ kq
Əmrah Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda Yediqe Tolevtayevə (Qazaxıstan) 3:1 hesabı ilə qalib gələrək, fəxri kürsüdə yer alıb.

 

55 kq
Əli Nəzərov təsəlliverici görüşdə özbəkistanlı Sərdar Xolmurzayevə 3:10 hesabıyla məğlub olub və mundialı 5-ci pillədə bitirib.

65 kq
Yarımfinalda məğlubiyyətə üzülən Emil Abdullayev 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi Cəbrayıl Umxadjiyev (AİN) olub və uduzub.

80 kq
Finalın 1 addımlığında büdrəyən Orxan Hacıyev də bürünc medal uğrunda mübarizə aparacaq. O, ukraynalı Vladislav Solodçukla münasibətinə aydınlıq gətirib. Rəqib qələbə qazanıb.

Qeyd edək ki, dünya çempionatında bu gün 2 güləşçimiz yarımfinala yüksəlib.

Bu məqaləni paylaş