Azərbaycan Müdafiə Nazirliyi 13 iyulun axşam saatlarında yeni məlumat yayıb.

Az.shafaqna.com xəbər verir ki, nazirliyin rəsmi saytında yazılanlara görə, Azərbaycan Ordusu düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
“Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.”, -deyə məlumatda bildirilir.