Az.shafaqna.com xəbər verir ki, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani mərcə təqlid müctehidi Ayətullah Şubeyr Zəncaniyə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib.
“Mərhəmətli və Rəhmli Allahın adı ilə!
إنا لله و إنا إلیه راجعون
Hörmətli Ayətullah Şubeyr Zəncani, “bərəkətiniz əbədi olsun”.
Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh
İmam Zamanın (ə) xüsusi qayğısı və bərəkəti sayəsində mübarək varlığınızın qorunub, bütün bəlalardan uzaq olması ümid edilir.
Dəyərli həyat yoldaşınızın vəfatı ilə əlaqədar dəyərli övladlarına və digər dəyərli yaxınlarına başsağlığı verir, Mütəal Allahdan mərhuməyə yüksək dərəcə, arxada qalanlara isə səbr və böyük rəhmət diləyirəm.
Sizdən rica edirəm ki, gözəl dualarınızda məni unutmayasınız, imən də ualarımda sizi unutmayacam inşallah.”