Bəhreyndə Məhəmməd Ramazan və Hüseyn Musa adlı iki gənc edam olunacaq.

Az.shafaqna.com Beynəlxalq Səhər Telekanalının saytına istinadən xəbər verir ki, Bəhreynli bu iki gəncin edam hökmü təsdiqlənib və hazırda icra edilmək üçün bu ölkənin kralı tərəfindən imzalanmalıdır.

Bəhreyn İnsan Haqları Dərnəyinin sədri Baqir Dərviş bu haqda bildirib: “Bu iki gənc də daxil olmaqla, Bəhreyn Kralı imzasını gözləyən siyasi işlərlər ilə əlaqədar ölüm hökmünə məhkum edilmiş gənclərin sayı 12-yə çatdı.”

Avropa Parlamentinin İnsan Hüquqları Komitəsi və Ərəb Ölkələri ilə Əlaqə Komitəsi birgə bəyanat yayaraq, Bəhreyn Müşahidə Şurası tərəfindən bu iki gəncin işgəncəyə məruz qalması və işgəncə altında etiraf etməyə məcbur edilməsi ilə bağlı  təhqiqatın aparılmamasının onları məyus etdiyini bildirib.

Sözü gedən bəyanatda, Bəhreyn insan haqlarına dair beynəlxalq öhdəliklərə sadiq almağa, çıxarılmış edam hökmünü lğəv etməyə və məhkumların işgəncəyə məruz qalması ilə bağlı müstəqil təhqiqat aparmağa çagırılıb.