Paris-2024: Həsrət Cəfərov bürünc medal qazandı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Məlumata əsasən, 67 kq çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu məqaləni paylaş