Az.shafaqna.com “Bloomberg”-ə istinadən xəbər verir ki, ABŞ və digər 6 ölkədən olan onlarla milyonçu öz ölkə rəhbərliklərindən varlı insanlardan alınan vergini artırmağı istəyirlər.

Onlar bu yolla koronavirus pandemiyası ilə mübarizə xərclərini qarşılamağa kömək etmək istəyirlər.

80-dən çox varlı insan bu barədə petisiyanı imzalayıb.

Onlar arasında “Walt Disney Co.” şirkətinin vərəsəsi Ebigeyl Disney də var.

Biz hökumətlərimizdən bizim kimi insanlardan alınan vergiləri artırmasını xahiş edirik. Dərhal. Həmişəlik”, – deyə o açıq məktubda deyilir.