Az.shafaqna.com-un verdiyi xəbərə görə, İraqın şimalında separatçı terror təşkilatı PKK-nın 8 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyi İraqın şimalında aşkar edilən 8 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: “Güclüyük və qətiyyətliyik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və Qara bölgələrində aşkar edilən 8 PKK terrorçusunu zərərsizləşdirib. Qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.
Bu məqaləni paylaş
