Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Yekaterina Dqebuadze müəllimlərin maaşlarının artırılması ilə bağlı danışıb.

Onun sözlərinə görə, pandemiyanın səbəb olduğu iqtisadi problemlərə baxmayaraq, hər il təhsil sistemi üçün olan büdcənin artırılması qüvvədə qalır.

2021-ci ilin büdcəsində artıq nəzərdə tutulub ki, (2021-ci ilin) yanvarından tam yüklənmə ilə (15 saat) işləyən baş, aparıcı və mentor müəllimlərin maaşları 100 lari artırılacaq. Proporsional hesablama qaydalarına əsasən, tam pedaqoji yüklənməsi olmayanlar üçün də maaş artımı olacaq”, – deyə Dqebuadze bildirib.