
Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, Rusiyanın Şubino kəndində məsciddən verilən sübh azanı müvəqqəti olaraq dayandırılıb.
Məscid imamı Bulat Alləmov bildirib ki, kənddə istirahətə gələn çox sayda Moskva sakini onlar yatarkən “səs salınmamasını” istəyib.
Kənddə dindar müsəlmanların sayı az olsa da, indiyədək heç kəs azana görə narahat olduğunu bildirməmişdi.
Onun sözlərinə görə, sübh azanı iki həftə verilməyəcək.
“Ümid edirəm ki, bu zaman ərzində bütün narazılar dağılışacaqlar”, – deyə məscid imamı deyib.
Qeyd edək, kənd tatar kəndidir.






























