
“Әlbǝtdǝ Azǝrbaycan lazımi cavabı verdi vǝ bu hücumun qarşısını aldı. Burada bir mǝqam nǝzǝrlǝrǝ çarpır ki, Ermǝnistan xüsusilǝ işğal etdiyi torpaqlardan diqqǝti başqa yerlǝrǝ çǝkmǝyǝ çalışır”
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlı bu günǝdǝk Ermǝnistanın heç bir hǝll yoluna yaxın gǝlmǝdiyini vurğulayaraq bildirib ki, Ermǝnistanın etdiklǝri qǝbul edilǝ bilmǝz. Ermǝnistan ağlını başına yığsın. Azǝrbaycan yalnız deyil. Türkiyǝ bütün imkanları ilǝ Azǝrbaycanın yanındadır.
Türkiyǝnin Azǝrbaycanın ǝrazi bütövlüyünün qorunması üçün ǝlindǝn gǝlǝn hǝr növ dǝstǝyi verǝcǝyini qeyd edǝn Çavuşoğlu deyib: ‘‘Azǝrbaycan işğal edilmiş torpaqlar vǝ Qarabağ mǝsǝlǝsindǝ hansı hǝll yoluna üstünlük verirsǝ biz Azǝrbaycanın yanında olacağıq’’.
Türkiyə XİN də bu məsələ ilə bağlı bəyanat yayıb.
Türkiyə Xarici İşlǝr Nazirliyindǝn verilǝn bǝyanatda bildirilib ki, Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.
Bǝyanatda vurğulanır ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonları illərdən bəri əsassız olaraq işğalda saxlaması faktından yayındırmaq üçün münaqişəyə yeni bir don geyindirməsi, problemin siyasi həllinin qarşısını kəsmək üçün göstərdiyi təcavüz cəhdi nəticəsiz qalmağa məhkumdur.
“Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yol seçməlidir. Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Ermənistanın öz təcavüzkarlığını ört-basır etmək cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.”, -deyə Türkiyə XİN-in bəyanatında deyilir.






























