Az.shafaqna.com “KazIslam”-a istinadən xəbər verir ki, neonasistlər və ultrasağçılar öz tərəfdalarını qəsdən müsəlman və yəhudləri koronavirusa yoluxdurmağa səsləyirlər.

Bu haqda Böyük Britaniya Kontterror Agentliyi bildirib.

Qeyd edilir ki, ultrasağçı siyasətçilər öz antimiqrant və populist elanlarının yayılması üçün virusdan istifadə edirlər.

Pandemiya ekstremistlərə öz mənfur ideologiyalarını yaymağa mane olmadı. Onlar, həmişə böhranlarda olduğu kimi, təhlükəli planları və dezinformasiya üçün bu vəziyyətdən tam şəkildə istifadə etdilər, xüsusilə də internetdə”, – deyə Baş komissar Sara xan bildirib.