Az.shafaqna.com AA-ya istinadə xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, digər dövlətlərin fikirləri Ayasofyanın müzeydən məscidə çevrilməsinə təsir etməyəcək.

Türkiyə xalqın istək və iradəsi əsasında Ayasofyanın statusunun müzeydən məscidə dəyişdirilməsinə dair qərar qəbul edib. Digər ölkələrin fikirləri qərarımıza təsir edə bilməz”, – deyə o qeyd edib.

Həmçinin o bildirib ki, Türkiyənin addımlarını tənqid edənlər, öz ərazilərindəki islamofobiya ilə mübarizə aparmaq iqtidarında deyil.