ÜST-nin nümayəndəsi Azərbaycana təşəkkür edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Aİ-dəki nümayəndəsi Oksana Domenti Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinə və BMT İnkişaf Proqramının (BMT İP) Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinə təşəkkürünü bildirib.

Bu barədə ÜST-nin rəsmisi sosial şəbəkədə yazıb.

“Azərbaycan səfiri zati-aliləri Vaqif Sadıqov və BMT İP-nin Aİ-dəki nümayəndəliyinə Brüsseldə bu mühüm tədbiri təşkil etdiyinə və iqlim və səhiyyə perspektivlərini bölüşmək imkanına görə çox təşəkkür edirik”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş