Azərbaycanda bu günə olan koronavirus statistikası – FAİZLƏR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 170 yeni yoluxma faktı qeydə alınıb, 1 985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 118 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib, aktiv xəstə sayı 43 158 nəfərdir.

Ötən müddət ərzində 1 718 235 test aparılıb. Bugünkü test sayı isə 17 581-dir.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 62.33 faizi sağalıb, 36.51 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 118 195 nəfərin 1.15 faizi (1361 nəfər) dünyasını  dəyişib.

Bu məqaləni paylaş