
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Kutaisi beynəlxalq hava limanının tarixində ilk dəfə olaraq Yaxın Şərqə birbaşa uçuşlar həyata keçiriləcək.
Sərnişinilər 1 oktyabrdan həftədə 2 dəfə olmaqla (cümə axşamı və bazar günləri) Kutaisidən Əbu-Dabiyə uça biləcəklər.
Əbu-Dabi istiqamətindəki reysləri Macarıstanın aşağıbüdcəli “Wizz Air” aviaşirkəti həyata keçirəcək.
“Gürcüstan və BƏƏ arasında daimi birbaşa hava nəqliyyatının başlaması o deməkdir ki, bizim ölkəmizin və konkret olaraq İmereti regionunun turistik bazarlara tamamilə yeni çıxışı olacaq”, – deyə Gürcüstan Birləşmiş Hava Limanlarının direktoru Tamar Arçuadze bildirib.
Adıçəkilən şəhərlər arasındakı müntəzəm birbaşa reyslər “Airbus A321neo” ilə həyata keçiriləcək.






























