Azərbaycanda icra başçısının koronavirusdan dünyasını dəyişməsi təkzib olundu

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat etmə xəbəri təkzib olunub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat səhvdir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir: “İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır”.


10-30 – Az.shafaqna.com xəbər verir ki, 1961-ci il təvəllüdlü Tağıyev Vahid Heydər oğlu bir müddət əvvəl “COVID-19” virusuna yoluxub.

O, Bakı şəhərindəki karantin xəstəxanalarından birində müalicə olunurdu.

Vəziyyəti ağırlaşan Vahid Tağıyev dünən axşam saatlarında vəfat edib.

Məlumata görə Ağsu rayon İcra Hakimiyyətinin daha bir neçə əməkdaşı da koronavirusa yoluxub.

Onlar özünütəcrid edərək işə çıxmırlar.

Bu məqaləni paylaş