
Az.shafaqnacom “TOLO News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətindəki Milli Təhlükəsizlik Direktorat binasının yanında güclü partlayış törədilib.
Aybak şəhərində partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində azı 43 nəfər xəstəxanaya yerləşdirlib.
Partlayışdan sonra atışma səsləri eşidilib.
Xəsarət alanlar arasında 3 uşaq da var.






























