Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu son mənzilə yola salınıb.

Az.shafaqna.com xəbər verir ki, Vüqar Sadıqov doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində dəfn olunub.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. 

Ağstafa İcra Hakimiyyəti bununla bağlı açıqlamasında “İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
Şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!”, -deyə bildirib.