Az.shafaqna.com ESPN-a istinadən xəbər verir ki, Böyük Britaniya polisi “Crystal Palace” klubunun futbolçusu Vilfrid Zaaya irqçi təhqirlər göndərən 12 yaşlı oğlanı həbs edib.

Birminhem şəhərinin yaxınlığında yaşayan və “Aston Villa” komandasının azarkeşi olan uşaq İngiltərə premyer-liqasının 35-ci turunun astanasında sosial şəbəkədən Zaaya yazıb.

“Aston Villa” azyaşlı azarkeşinin hərəkətlərini yolverilməz adlandırıb və saxlanılan şəxsin stadiona həmişəlik buraxılmaması ilə bağlı addım atacağına söz verib.