Türkiyə və ABŞ arasında F-16-lara dair saziş imzalandı

Ankara və Vaşinqton arasında F-16 qırıcılarının alışına dair saziş imzalanıb.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, müvafiq məlumatı Türkiyə Müdafiə Nazirliyindəki mənbədən təsdiq ediblər.

Tədarük ediləcək hərbi təyyarələrin sayı isə açıqlanmayıb.

(Türkiyə və ABŞ arasında) sazişlər imzalanıb. İki ölkə nümayəndə heyətlərinin danışıqları əsnasında razılıqların detallarının dəqiqləşdirilməsi üzrə işlər davam edir. Gələcəkdə qəbul ediləcək qərarların təfərrüatları daha sonra ictimaiyyətin nəzərinə çatdırılacaq“, – deyə qeyd edilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş