
Az.shafaqna.com “The New York Times”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ildəki tufandan sonra Puerto-Rikonu satmağı təklif edib.
Bunu ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş başçısı Eleyn Dük bildirib.
Onun sözlərinə görə, Tramp özünü siyasətçi kimi yox, biznesmen kimi göstərirdi. Xüsusən də, o, “adanı satmağı və ya bu aktivdən xilas olmağı” təklif edirdi. Dük qeyd edib ki, səslənən bu sözlərdən sonra bu ideya bir də heç vaxt Ağ Evdə qaldırılmayıb.
Xatırladaq ki, Puerto-Riko ABŞ-dan asılı ərazidir və ABŞ-ın nəzarəti altındadır, lakin onun ayrılmaz bir hissəsi deyil. Puerto-rikoluların həm Puerto-Riko, həm də ABŞ vətəndaşlıqları var, lakin ABŞ prezident seçkilərində iştirak hüquqları yoxdur.






























