Metroda sərnişin vəfat edib – SƏBƏB

Bakı metrosunda sərnişin dünyasını dəyişib.

Bu barədə Az.shafaqna.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Qatardan düşərək “Koroğlu” stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb. Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib”, – deyə bildirilib.

Bu məqaləni paylaş