Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Sudan hökuməti ölkənin qeyri-müsəlman əhalisinə spirtli içkilərdən istifadəyə icazə verib.

Əgər vətəndaş müsəlman deyilsə, cavab “bəli”dir”, – deyə ölkənin ədliyyə naziri Nəsrəddin Əbdülbari ölkədəki spirtli içki qadağasının yumşaldılmasının mümkünlüyü haqda suala cavab verərkən bildirib.

O həmçinin əlavə edib ki, ölkədə hazırda bir sıra dəyişikliklər qəbul edilir, o cümlədən də edam cəzası ilə bağlı.