Türkiyədə hərbçilərə “TikTok” qadağan edildi

Türkiyə Silahlı Qüvvələrinin heyətinə “TikTok” sosial şəbəkəsindən istifadə etmək qadağan edilib.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, müvafiq təklif Türkiyə parlamentinin Milli Müdafə Komissiyası tərəfindən qəbul edilib.

Səbəb kimi isə adıçəkilən sosial şəbəkənin hərbi qulluqçularına olan təsirləri və təhlükəsizliklə bağlı risklər göstərilib.

Bu məqaləni paylaş