İsrailin Qəzza sektorunda – Rəfahda qaçqın çadır düşərgəsinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı olduqca yüksəkdir.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəsmisi Culiyetta Tuma bəyan edib.
Qeyd edilib ki, İsrailin sözügedən zərbələri nəticəsində aralarında çox sayda uşaq və qadınlar da olmaqla ən azı 200 günahsız qəzzalı həyatını itirib.
“Qəzzada hər yerdə ölüm var”, – deyə o əlavə edib.
Həmçinin xatırladaq ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 36 096-ya, yaralıların sayı isə 81 136-ya yüksəlib ki, həm öldürülənlərin, həm də xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
