Az.shafaqna.com  “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətləri götürməyə davam edir, lakin bununla belə, hökumət və epidemioloqlar vətəndaşları ehtiyatlı olmağa və Səhiyyə Nazirliyinin məsləhətlərini unutmamağa çağırır.

Belə ki, 13 iyuldan açıq səma altından tədbirlərin keçirilməsi qadağası götürülür.

Ölkə ərazisində bu məhdudiyyətlər qüvvədə qalmaqdadır:

– qapalı məkanlarda, açıq müəssisələrdə, ofislərdə və mağazalarda mütləq şəkildə maska taxılmalı və sosial məsafə saxlanılmalıdır;

– ictimai nəqliyyatda qoruyucu maskasız hərəkət etmək olmaz;

– ənənəvi sosial tədbirlərdə (toylar, yaslar, yubileylər və s.) 10 nəfərdən artıq insanın toplaşması qadağandır;

– kazino və totalizatorların fəaliyyəti qadağandır, onlayn istisna olmaqla;

– taksi sürücüləri maska taxmalı, taksidə isə 2-dən artıq sərnişin ola bilməz, onlar arxa oturacaqda əyləşməlidirlər;

– qapalı məkanlarda mədəniyyət və idman tədbirlərinin keçirilməsi qadağandır;

– insanların toplaşdığı yerlərdə məkandakı havanı alıb soyudan və onu geri alan split-sistem kondisionerlərdən istifadə etmək olmaz. Kondisiyalaşdırma və ventilyasiya sistemlərini özündə birləşdirən sənaye kondisionerlərinin istifadəsinə icazə verilir.

Təsisatlararası koordinasiya şurası vəziyyəti operativ şəkildə qiymətləndirir və yeni məsləhətlər və məhdudiyyətlər hazırlayır.