Dünyada ortalama insan ömrü koronavirus pandemiyası səbəbilə 2019-cu ildən 2021-ci ilədək olan dövrdə 71.4 ilədək azalıb

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, buna Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik məlumatları dəlalət edir.

Qeyd edilib ki, sözügedən zaman kəsiyində ortalama ömür 1.8 il azalıb, bu isə 2012-ci ilin göstəriciləri ilə eynidir.

Bundan başqa, sağlam həyatın gözlənilən davamiyyəti göstəricisi də 1.5 il azalaraq 61.9 il olub ki, bu da 2012-ci il göstəricilərilə eyni deməkdir.

Həmçinin ÜST-ün yeni statistik məlumatlarına əsasən, COVID-19 2020 və 2021-ci illərdəki 3 ən əsas ölüm səbəblərindən biri olub və müvafiq olaraq da, 4.1 və 8.8 milyon ölümə səbəb olub.