Alcohol

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa ölkədəki koronavirusla bağlı vəziyyətə görə spirtli içkilərin satışını qadağan edib.

O, xalqa müraciətində deyib ki, hökumətin bu addımla xəstəxanadakı xəstələr üçün yerləri azad etmək istəyir, çünki ölkə yoluxma sayının pikinə doğru hərəkət edir və tibbi müəssisələrdə boş çarpayılara ehtiyac duyur.

Qərara gəldik ki, xəstəxanaların xidmət etmə qabiliyyətini saxlamaq və orada doğrudan da kifayət qədər yerin olması və həmin yerlərin spirtli içkiyə görə travma almış insanlara lazım olmaması üçün spirtli içkilərin satışı, verilməsi və yayılması qadağan edilsin”, – deyə o qeyd edib.

O əlavə edib ki, ölkədə yenidən komendant saatı tətbiq edilir: saat 21:00-dan 04:00-dək.