Az.shafaqna.com-un verdiyi xəbərə görə, son bir ildə Liviyada partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyü və ya yaralandığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyasının (UNSMIL) rəsmi internet səhifəsində edilən paylaşımda 2024-cü ilin aprelindən əvvəl Liviyada mina və partlayıcı maddələr nəticəsində həyatını itirən və yaralananlar haqqında məlumat verildi.

Paylaşımda 2023-cü ilin aprel ayından bu günədək partlayıcı maddələrlə  bağlı yaşanan hadisələr nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyü və ya yaralandığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyası son 5 ildə partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 400-dən çox insanın yaralandığı və ya öldüyü qeyd edilib.

Paylaşımda həmçinin Liviyada müəyyən edilən təhlükəli ərazilərin təxminən 36 faizinin təmizləndiyi, təxminən 436 milyon kvadratmetr ərazinin isə hələ də təmizlənmədiyi bildirilib.