
Xəbər verdiyimiz kimi Ermənistan ordusu 12 iyulda cəbhə bölgəsində təxribat törədib. Bu təxribatın qarşısı alınarkən 3 Azərbaycan hərbçisi şəhid olub.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb.
Rəsmi sayt vasitəsilə yayılan məlumatda deyilir: “İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!”
Bundan əvvəl iki dəfə rəsmi açıqlama yayılmışdı.
























