
Xərçəng xəstəliklərinin yaranma hallarının təxminən 40 faizi artıq çəki ilə bağlıdır.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçin Malmö şəhərində yerləşən Lund Universitetinin alimləri bildiriblər.
Onlar təxminən 40 illik bir dövr ərzində 4,1 milyon insanın məlumatlarını tədqiq ediblər.
Alimlər piylənmənin onkoloji xəstəliklərin yaranmasıdakı artan təhlükəsini müəyyən ediblər.
Araşdırma göstərib ki, 32 növ xərçəng xəstəliyi piylənmə ilə əlaqəli olub. Onlardan ən geniş yayılmışı isə süd vəzisi, bağırsaq, uşaqlıq və böyrək xərçəngləri olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənməyə məruz qalıb, uşaqlar və yeniyetmələrdəki artıq çəki xəstəliyi isə 1999-ildən 2022-ci ilədək olan dövrdə 4 dəfə artıb.






























