ABŞ-ın İsrailə silah verməyəcəyinə şübhə ilə yanaşırıq

Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat Sputnik radiosuna ABŞ-ın Rəfah əməliyyatı ilə bağlı narahatlıqlar səbəbilə İsrailə silah tədarükünü dayandırması ilə bağlı mətbuatda yayılan məlumatları şərh edib.
Zaxarova qeyd edib ki, Qərb zərurət yaranarsa, ayaqqabılarını dəyişə, tamam başqa mövqe tuta bilər: “Onların dediklərinə inanırsınızmı? Tədarük edəcəklər, ya da verməyəcəklər. Hər kəs belə düşünməlidir ki, heç vaxt təmin etməyəcəklər. Amma əslində tam əksinə olur”.
Zaxarova bildirib ki, Yaxın Şərqdə dərin böhranın həlli üçün ilkin şərtlər yoxdur. Onun sözlərinə görə, Vaşinqton və London öz mövqeyində qalıblar.
“Yaxın Şərqdəki uzunmüddətli böhranın əsas səbəbləri nəinki həll edilmir, hətta təhlil edilmir. Dəhşətli dramın əsas oyunçuları tərəfindən heç bir istək yoxdur”, – diplomat Sputnik radiosuna deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Qərb özünü qanun çərçivəsində qalmaq zərurəti ilə çağırışlarla məhdudlaşdırır, halbuki region indi dəhşətli humanitar fəlakət yaşayır. Təsdiqlənmiş rəsmi məlumatlara görə, Qəzza zolağında ötən ilin oktyabrından bəri 35 minə yaxın mülki şəxs həlak olub. Birləşmiş Ştatlar sadəcə olaraq aylardır regionda növbəti geosiyasi eksperiment üçün tramplin kimi seçilən dəhşətli dramı izləyir”, – Zaxarova bildirib.
Bu məqaləni paylaş