Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 3-də Gürcüstan nümayəndə heyəti ilə görüşüb.

Az.shafaqna.com xəbər verir ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasındakı tarixi dostluq əlaqələrinə toxunan DQİDK sədri iki dövlət arasındakı münasibətlərin daha da inkişaf edərək yeni mərhələyə yüksəldiyini bildirib.

Görüş zamanı sağlam dini mühitin, multikultural birgəyaşayış təcrübəsinin önəmi qeyd edilib, bu dəyərlərin qorunub saxlanılması və möhkəmləndirilməsi vurğulanıb.

Həmçinin Gürcüstanda yaşayan soydaşlarımızın milli və dini kimlikləri, eləcə də islami dəyərlərinin qorunması, yaşadılması, habelə bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrinin əhəmiyyətinə diqqət çəkilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Bütün Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri, eləcə də Gürcüstanın dini-mənəvi mühiti barədə məlumat veriblər. Azərbaycanın müvafiq sahədə fəaliyyət göstərən bütün qurumları ilə əməkdaşlıq və əlaqələrin daha da güclənəciyinə əminliklərini ifadə ediblər.