
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 986-ya çatıb, onlardan 857 nəfər sağalıb, 15 nəfər ölüb. Karantin rejimində 5001 vətəndaş, stasionarlarda isə 219 nəfər qalır.






























