
Az.shafaqna.com “Verge”-yə istinadən xəbər verir ki, 1985-ci ilə aid və içərisində “Super Mario Bros.” video-oyununun olduğu kartric “Heritage Auctions” hərracında 114 min dollara satılıb.
“Nintendo Entertainment System” (NES) oyun konsolunun kartrici, demək olar ki, ideal vəziyyətdə qalıb. Qeyd edilir ki, kartricin olduğu plastik qab da açılmamış vəziyyətdədir.
Anonim alıcı bu alışı ilə əvvəlki rekordu təzələyib: 2019-cu ildə “Super Mario Bros.” kartrici 100150 dollara satılmışdı.






























