Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib. Az.shafaqna.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilir.

“İyulun 11-də Ər-Riyaddan 83 Azərbaycan vətəndaşı çarter reysi ilə ölkəyə gətirilib. Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb”, – məlumatda qeyd olunur.

Qaydalara əsasən, reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.