
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinin yaxınlığındakı kilsədə insident baş verib.
Polisin məlumatına görə, silahlı şəxslər kilsədəki insanları əsir götürən zaman azı 5 nəfər həlak olub.
Qeyd edilir ki, polis 30 şübhəlini həbs, həmçinin 25-dən çox silahı müsadirə edib.
Hücum edənlərlə danışıqlar aparılır, əsirlərin sayı barədə məlumat verilməyib.
Kilsə rəsmisi “eNCA”-ya bildirib ki, məbəddə təxminən 200 nəfər olub və həmin insanlar orada təmizlik işləri aparmaq və orada səliqə-sahman salmaq üçün kilsəyə gəliblər.
Onun sözlərinə görə, silahlı şəxslər rəhbərliyə dair mübahisəyə görə kilsəni tutmaq istəyiblər.
“eNCA”-nın müxbiri əsirlərin artıq azad edildiyini iddia etsə də, polis hələ bu məlumatı təsdiq etməyib.






























