
Az.shafaqna.com xəbər verir ki, İran İslam Respublikası çoxfunksiyalı yeni vertolyot istehsal edəcək.
Bunu Shafaqna Farsi-yə İranın Müdafiə Naziri General Məhəmməd Rza Aştiani bildirib.
O qeyd edib ki, hazırda bu layihə prototip mərhələsindədir.
“Vertolyotlar sahəsində özümüzü təmin edəcəyik.” – deyən İranlı nazirin sözlərinə görə, bu çoxfunksiyalı və xüsusi tapşırıqların yerinə yetirilməsi üçün hazırlanan vertolyotun istehsalı 2025-ci ildə nəzərdə tutulur.