Az.shafaqna.com “MedicalXpress”-ə istinadən xəbər verir ki, alimlər yaxın 10 ildə ABŞ-da piylənmə hallarının artışını proqnozlaşdırırlar.

Doktor Donald Hensrudun araşdırmasına əsasən, əgər indiki tendensiyalar qalmağa davam edərsə, 2030-cu ildə yetkin ABŞ-lıların, demək olar ki, yarısı həddindən artıq kökəlmədən əziyyət çəkəcək.

Onun sözlərinə görə, belə bir proqnoz onunla bağlıdır ki, diabet, yüksək qan təzyiqi və tac ateriyası xəstəlikləri kimi bir sıra xəstəliklər piylənməni müşayiət edir.

Qeyd edilir ki, əhali arasında piylənmənin artması ABŞ-dakı ümumi səhiyyə səviyyəsinə də təsir edəcək.

O hesab edir ki, bu tendensiyanı dəyişmək üçün piylənmə epidemiyasının səbəbini anlamaq lazımdır.

Məsələn, çəkinin artmasına təsir edən çox sayda xarici faktor var. Bu, ilk növbədə, artıq gündəlik həyatda insandan fiziki güc tələb etməyən bəzi proseslərin avtomatlaşdırılmasıdır.

Bundan başqa, əhalinin istifadə etdiyi ərzaq da piylənməyə səbəb olur. Hensrud qeyd edir ki, ABŞ-lılar çoxlu emal edilmiş, yüksəkkalorili qidalardan istifadə edirlər.

Onun fikrincə, piylənmə epidemiyasının qarşısını almaq üçün özümüzdən başlamalıyıq. Daha çox fiziki aktivlik əlavə etməli və qida vərdişlərimizi dəyişməliyik.