İranın COVİD 19 əleyhinə 8 vaksini ÜST-nın namizədləri sırasında

96
0

İranın Ərzaq və Dərman Təşkilatının sözçüsü 8 İran vaksinin Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün COVİD-19-a qarşı vaksinlərə namizədlər siyahısında yer aldığını bildirib.

Az.shafaqna.com “Rasthaber Azərbaycan”a istinadən xəbər verir ki, İranın Ərzaq və Dərman Təşkilatının sözçüsü Kiyanuş Cahanpur şənbə günü bir tvitdə İranın koronavirusa qarşı 8 peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün namizədlər siyahısında yer aldığını və daha 8 vaksinin bu siyahıya daxil olmaq astanasında olduğunu bildirib.

“İranda COVİD-19-a qarşı vaksinin hazırlanması üçün bütün mümkün strategiyalar Laboratoriya istehsal mərhələsini keçb”, -deyə o əlavə edib.