Az.shafaqna.com “The Telegraph”-a istinadən xəbər verir ki, Misirin şimalında yerləşən İsgəndəriyyə şəhərinin sahilində dənizdə boğulan uşağı xilas etməyə cəhd edən 10 nəfər batıb.

Hadisə güclü dalğaları ilə məşhur olan qayalı çimərlikdə baş verib. Uşaq suya girdikdə çətinlik çəkib və batmağa başlayıb. Kömək üçün suya dalan kişi də batmağa başlayıb. Onun ardınca daha 9 nəfər suya girib.

Nəticədə, uşaq da daxil olmaqla, 11 nəfərin hamısı həyatını itirib.

Hələlik 6 nəfərin cəsədi tapılıb, axtarışlar davam edir.

Xatırladaq ki, hazırda İsgəndəriyyə çimərlikləri pandemiyaya görə qapaldır. Dünyasını dəyişən şəxslər isə polisin diqqətindən yayınmaq üçün səhər saatlarında oraya gəliblər.

Hadisə baş verən çimərlik çoxdandır ki, təhlükəli çimərlik kimi məşhurdur. Yerli siyasətçilər oranın turistlər üçün bağlanmasına dair dəfələrlə çağırışlar ediblər.