Hindistanda uçan taksilər fəaliyyətə başlaya bilər – TEZLİKLƏ

Yaxın gələcəkdə Hindistanda uçaq taksilər fəaliyyətə başlaya bilər.

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, bu barədə “ePlane” şirkətinin təsisçisi Satyu Çakravarti bildirib.

Qeyd edilib ki, uçan nəqliyyat vasitəsi artıq 8 aydan sonra peyda ola bilər.

İstehsalçılar həmin növ taksilərin məhdud məkanda eniş edə bilməsi və digər obyektlərlə dolu olan hava məkanında uçuşlar həyata keçirə bilməsi üçün uçan taksini kompakt etməli olublar.

Uçan taksidə gedişin qiyməti, ehtimal ki, adi yerüstü nəqliyyatın qiymətindən 2 dəfə baha olacaq.

HƏMÇİNİN OXU:

  1. Uçan taksilər fəaliyyətə başlayacaq – DUBAYDA
  2. Almaniyada uçan taksilər sınaqdan keçirildi – VİDEO
ETİKETLƏNDİ:
Bu məqaləni paylaş