
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan XİN başçısı David Zalkaliani bildirib ki, Qərbi Balkan və Şərq həmkarlığı ölkələrinin Aİ-nin vizasız rejim tələblərini yerinə yetirməsinə dair Avropa Komissiyasının məruzəsi Gürcüstan hökumətinin viza rejiminin liberallaşdırılması istiqamətindəki uğurlu işinin daha bir təsdiqidir.
Onun sözlərinə görə, Gürcüstan müvəffəqiyyətlə öz öhdəliklərini yerinə yetirir.
O qeyd edib ki, Gürcüstanın ən mühüm nailiyyətlərindən biri olan Aİ ilə vizasız rejim üçün heç bir təhlükə yoxdur.
“Həmçinin qeyd etmək lazımdır ki, Avropa Komissiyası Gürcüstanın hökumətinin koronavirus böhranı fonunda atdığı effektiv addımları yüksək qiymətləndirir”, – deyə o əlavə edib.






























