
Az.shafaqna.com xəbər verir ki, bu sözləri “Haşdi Şabi” – İraqın könüllü güclərinə bağlı “Əl Xorasani” briqadasının baş katibi Seyid Əli Əl-Yasiri bildirib.
Tasnim agentliyinə müsahibəsində Əl-Yasiri “Haşdi Şabi”yə qarşı əməliyyatın terrorla mübarizə təşkilatı həyata keçirdiyini deyib.
Onun sözlərinə görə, bundan sonra “Haşdi Şabi” tərəfdən atılan addımlar, xüsusilə danışıqlar önəmli rol oynayıb.
Hacı Əbu Fədək, Hadi Amiri, Hacı Falih Fəyyaz məsələyə müdaxilə etdikdən və danışıqlardan sonra hər iki tərəfdən saxlanılanlar sərbəst buraxılıb.
Qeyd edək ki, dünən ABŞ Ordusunun təlimatı ilə İraqın Anti-Terror Təşkilatı “Haşdi Şabi”nin bir neçə rəsmisini həbs etmiş, bu addımdan sonra ABŞ səfirliyinin olduğu “Yaşıl Zona”ya raketlər tuşlanmaqla yanaşı, həbsi həyata keçirən güc strukturunun önəmli şəxsləri “Haşdi Şabi” tərəfindən saxlanılmışdı.






























